Hollivud ulduzu Coni Dep yaralandı

11 Mart 2015 11:44 (UTC+04:00)


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır" filminin Avstraliyadakı çəkilişləri zamanı yaralanıb.

Əlindən xəsarət alan Dep çəkiliş meydançasını tərk edərək ABŞ-a yollanmaq məcburiyyətində qalıb.


"The Hollywood Reporter"un yazdığına görə, aktyor tez bir zamanda əməliyyat ediləcək.
Qeyd edək ki, yeni çəkilən film "Karib dənizinin quldurları" filminin 5-ci hissəsidir.