Bu adam avtomobil və telefon nömrələrini əzbər bilir

11 Mart 2015 12:50 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, nə qədər qəribə olsa da hamı onu rayondakı avtomobil dövlət nömrə nişanlarını əzbər bilən yeganə şəxs kimi tanıyır. Orta məktəb dövründə oxumağa o qədər də meyilli olmadığını deyən Miradəmin riyaziyyata və rəqəmlərə xüsusi marağı olub. Tədricən onun bu marağı gördüyü bütün avtomobillərin dövlət nömrə nişanlarını əzbər yadda saxlamaq kimi hobbi ilə əvəz olunub.

Qeyri-adi zəka sahibinin sürücülərin illər öncə sahib olduqları avtomobil nömrələrini asanlıqla xatırlaması ilə hamını təəccübləndirib.

Mütəxəsislər çox nadir hallarda rast gəlinən bu qabiliyyəti insanın görmə yaddaşının daha çox inkişaf etməsi ilə əlaqələndirirlər.

Miradəm Babaşov mobil telefondan istifadə etsə də heç kimin nömrəsini telefonunun yaddaşına yazmır, çünki o, zəng etdiyi bütün şəxslərin mobil telefon nömrələrini əzbər bilir.