“Yaddaşım silinib” - Öldürülən ateist yazıçının həyat yoldaşı

11 Mart 2015 13:31 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, o, müsahibəsində bu qətldən sonra səssiz qalmayacağını bildirib:

"Nədənsə hadisə ilə bağlı bütün yaddaşım silinmiş vəziyyətdədir. Ailəvi şam yemək üçün evə getməyimiz lazım idi. Avijitin əlini tuturdum və söhbət edirdim. Ondan sonrasını xatırlamıram. Daha sonra ilk xatırladığım şey bir avtomobilin içində olduğum və harasa getməyim idi. Qanlar içində olduğum da yadımdadır. Xəstəxanada Avijit hələ də sağ idi, yanımdakı xərəkdə uzanmışdı. Həkimlərə "Əvvəl onunla məşğul olun, çünki mən daha yaxşı vəziyyətdəyəm" sözlərini dedim. Avijit xırıldayırdı, amma şüuru yerində deyildi".

Bu qətldən sonra Banqladeşin paytaxtı Dakka şəhərində tələbələr, müəllimlər və bloqqerlər etiraz aksiyası keçiriblər.

Polis hücumun radikal islamçılar tərəfindən törədildiyini deyir.

160 milyon əhalisi olan Banqladeşdə əhalinin çoxunu müsəlmanlar təşkil edir.

Polis bu cinayətlə bağlı Fərabi Shafiur Rəhman adlı bir şəxsi nəzarətə götürüb.

Qeyd edək ki, ABŞ-da yaşayan və Amerika vətəndaşı olan ateist yazıçı Avijit Roy həyat yoldaşı ilə birlikdə bir kitab sərgisində iştirak etmək üçün getdiyi Banqladeşdə parça-parça edilərək öldürülüb, onun həyat yoldaşı isə ağır yaralanmışdı.

Roy və onun xanımı dünyəviliyi dəstəkləyirdi və Benqalı dilində bir bloq yazırdı. Həmçinin cütlük ictimai paylaşma saytı olan Facebookda ateizmi müdafiə edirdi.