“Toy və yas mərasimlərinə qadağa qoyulmayacaq“ - RƏSMİ

11 Mart 2015 15:10 (UTC+04:00)


AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

Nazir bildirib ki, I Avropa Oyunları müddətində Bakıda xeyir-şər tədbirlərinin qarşısı alınmayacaq: "Kim istəsə, toy edə, Allah eləməsin, kiminsə ölüsü olsa, çadır qura bilər".

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.