İŞİD-ə növbəti ağır zərbə: İraq ordusu Tikritə girdi

11 Mart 2015 18:43 (UTC+04:00)

Musavat.com-un məlumatına görə, bu barədə "France Presse" Agentliyi xəbər yayıb.

Xəbərdə deyilir ki, hökumət qüvvələri və şiə milisinin döyüşçüləri şəhərin şimal hissəsinə - Kadisiya rayonuna daxil olublar və burada hazırda təmizləmə aparır.

Əyalətin qubernatoru Saleh əd-Dinin sözlərinə görə, İraq bayrağı artıq İŞİD-çilərdən geri alınmış rayon hospitalının binası üzərində qaldırılıb.

Tikritə hücum 10 gün qabaq başlayıb. 20 mindən artıq İraq ordusu və "Xaşid Şaabi" şiə milisinin döyüşçüləri yerli sünni qəbilələrinin dəstəyi ilə şəhərin şərqindəki böyük bir ərazini və Tiqr çayı boyunca dar zolağı azad etmişdi.

Ötən gün əl-Aləm şəhərinin terror qruplaşmasının nəzarətindən çıxması nəticəsində hökumət qüvvələri Tikritin həndəvərinə varid olmuşdular.