Ceyranbatanda dəhşətli qəza- Maşın yanaraq kül oldu+ Video

11 Mart 2015 18:51 (UTC+04:00)


"Qafqazinfo" xəbər verir ki, hadisə şahidlərinin avtosfer.az-a verdiyi məlumata görə, Sumqayıt istiqamətində hərəkətdə olan "VAZ-2104" markalı avtomobil qəflətən geriyə dönmə əməliyyatı etmək istəyib.

Bu zaman arxadan gələn "Ford" markalı avtomobil "04"ü ortadan vurub. Nəticədə "04" yerindəcə alışmağa başlayıb. Bir neçə dəqiqə ərzində avtomobil tam yanaraq yararsız vəziyyətə düşüb. Əraziyə gələn yol polisi əməkdaşları yolda təhlükəsizliyi təmin ediblər.

Qəza nəticəsində "04"ün sürücüsü ağır xəsarət alıb.