Hikmət Mirzəyevə “Əməkdar hüquqşünas“ fəxri adı verildi

11 Mart 2015 19:03 (UTC+04:00)

Sərəncamda deyilir ki, məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hikmət Abbas oğlu Mirzəyevə "Əməkdar hüquqşünas" fəxri adı verilsin.

Qeyd edək ki, H.Mirzəyev Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, məhkəmənin İnzibati-iqtisadi kollegiyasının sədridir.

AzNews.az