Məmnun Hüseyn Şəhidlər Xiyabanını ziyarət etdi

12 Mart 2015 11:50 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Məmnun Hüseyn Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Ali qonaq "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.


Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Pakistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.