Qusarda əxlaqsızlıq yuvası aşkarlandı

12 Mart 2015 13:51 (UTC+04:00)


Qusar rayonunun Kiriq kənd sakini Mətləb Əmirovun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bu fakt Qusar RPŞ əməkdaşları tərəfindən sübuta yetirilib.

Hazırda bununla bağlı araşdırma aparılır.