Kazanda yanan ticarət mərkəzindən yeni xəbər - 30 ölü ola bilər

12 Mart 2015 15:44 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat "RİA Novosti" agentliyində yer alıb.
Məlumatda deyilir ki, yanmanın elektrik naqillərinin qısa qapanmasından sonra baş verdiyi deyilir.

Şahidlərin sözlərinə görə yanğınsöndürmə qüvvələri də hadisə yeriə gec çağırılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib ki, qalıqlar altında 25 nəfər qalıb: "Onlar sağ çıxarılmasalar, ölənlərin sayı 30 nəfərə çatacaq".

Qeyd edək ki, artıq 5 nəfərin meyiti tapılıb. Xeyli sayda insanın isə müxtəlif xəsarətlərlə xəstəxanalara aparıldığı bildirilir.