Keçmiş məmur özünü güllələdi

12 Mart 2015 18:08 (UTC+04:00)

ANS PRESS-in məlumatına görə, polis bildirib ki, onun boğazında güllə yarası aşkar edilib. İlkin versiya kimi, onun özünü öldürdüyü söylənilir. Keçmiş prezident Viktor Yanukoviç ilə əlaqəsi olan 60 yaşlı qubernatorun meyiti evində tapılıb. O, 2011-ci ildən 2014-cü ilin martınadək Zaporojyenin qubernatoru, həmçinin V.Yanukoviçin Regionlar Partiyasının üzvü və əvvəllər onun parlamentdə təmsilçisi olub.

Xatırlıadaq ki, V.Yanukoviç 2014-cü ilin fevralında devrilib və hazırda Rusiyada yaşayır. İndiyədək Ukraynada onunla əlaqəsi olan 6 keçmiş məmurin intihar etdiyi bildirilir. Zaporojyenin bir hissəsi hazırda rusiyapərəst separatçıların nəzarətində olan Donetsk vilayəti ilə həmsərhəddir.