16 yaşlı oğlan anasını öldürdü- FOTOLAR

12 Mart 2015 20:53 (UTC+04:00)

Salyan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Salyan şəhəri İ. Qurbanov küçəsində yaşayan 16 yaşlı Həsənov Hüseyn Rövşən oğlu ailə münaqişəsi zəminində anası 1974-cü il təvəllüdlü Həsənova Gülarə Tofiq qızına çoxsaylı bıçaq zərbəsi yetirib. Yaralı Salyan rayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı bıçaq xəsarətlərində xəstəxanada dünyasını dəyişib.

Hüseyn Həsənov polis tərəfindən saxlanılıb.