Sumqayıt səmasında UNO- VİDEO

12 Mart 2015 23:26 (UTC+04:00)

ANS PRESS-in məlumatına görə, Sumqayıt sakinləri bildiriblər ki, səmada 4 uçan naməlum obyekt görüblər.

Hacı Zeynalabidin Tağıyev qəsəbəsində UNO-lar daha aydın seyr etdiyini deyən oxucularımızdan biri naməlum obyektləri 2-3 dəqiqə müşahidə etdiyini bildirib.

Oxucular tərəfindən bizə təqdim olunan görüntülərdə sakinlərin UNO görüb-görmədiyini dəqiq demək çətin olsa da, həmin görüntüləri sizə təqdim edirik.