Kazanda üç soydaşımızın öldüyü açıqlandı – VİDEO (Yenilənib 2)

13 Mart 2015 12:24 (UTC+04:00)
Bu faktı Tatarıstan Fövqəladə Hallar Nazirliyi də təsdiq edib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən Trend-ə bildiriblər ki, ticarət mərkəzində baş verən yanğın zamanı üç azərbaycanlı ölüb. Onlardan biri qadın, biri isə yeniyetmə oğlandır. Digərinin isə kimliyi məlum olan 1995-ci il təvəllüdlü Paşayev Pərviz Elman oğludur.

İki nəfər isə yaralanıb. Şəxsiyyətləri məlum olmasa da, onlardan birinin adının Salam olduğu deyilir.

Son anda alınan məlumata görə, qalıqlar arasından 13-cü meyit çıxarılıb.

***
12:12

Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova aid olan "Admiral" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Provoljsk regional mərkəzinin rəisi İqor Panşin deyib ki, ölənlər arasında 3 nəfər Tacikistan, bir nəfər Qırğızıstan, bir nəfər isə Rusiya vətəndaşı var.

Ölən digər şəxslər haqda isə məlumat verilmir.

Hazırda qalıqların təmizlənməsi üçün ərazidə ağır texnika çalışır.

Yanğına görə "Admiral"ın rəhbəri Hüseyn Qəhrəmanov saxlanılıb.



***
09:44

Rusiyanın Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova aid olan "Admiral" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Məlumata görə, 10-cu meyit yerli vaxtla gecə saat 1.25 radələrində çıxarılıb.

Qeyd edək ki, dünən baş verən yanğında öncə 5 nəfərin meyiti tapılmışdı.


Hadisə nəticəsində xəsarət alanlar isə Kazan xəstəxanalarında müalicə edilir.

Yanğının elektrik naqillərinin qısa qapanmasından sonra baş verdiyi təxmin edilir.