Məktəbdə atışma: 1 ölü, 4 yaralı

13 Mart 2015 10:00 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Hadisə Belu-Orizonti şəhərində qeydə alınıb. Ölən şəxsin narkotika alverçisi olduğu deyilir. Yaralananlar arasında məktəb direktorunun müavininin, bir müəllimənin və 2 şagirdin adı çəkilir.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə məktəbdə baş verdiyi haqda açıqlama verilmir.