Pakistan Prezidentinə fəxri doktor diplomu verildi – BDU-da

13 Mart 2015 12:30 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov universitetin elmi şurasının Pakistan Prezidentinə fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.

Sonra Pakistan Prezidentinə fəxri doktor diplomu və mantiya təqdim olunub.
Pakistan dövlətinin başçısı BDU-nun müəllim və tələbələri qarşısında çıxış edib, fəxri doktor diplomuna görə təşəkkürünü bildirib.