Bakıda üç yol bağlanır – Sürücülərin nəzərinə

13 Mart 2015 16:13 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyatı İntellektual idarəetmə Mərkəzinə verilən məlumata əsasən, asfalt örtüyünün yenilənməsi məqsədilə bayram günlərində (22-28 mart) Mehdi Hüseyn, Şeyx Şamil və Bünyad Sərdarov küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Teymur Elçin küçəsindən istifadə etmələri tövsiyə olunur.