Putinin yeni övladı dünyaya gəldi

13 Mart 2015 16:50 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı İsveçrənin "Blick" nəşri yayıb.

Məlumata görə, Putinə yaxınlığı ilə tanınan və Rusiyanın "Milli Media Qrupu" Holdinqinin direktorlar şurasının sədri vəzifəsində çalışan Alina Kabayeva İsveçrənin Tessin əyalətinin "Müqəddəs Ann" klinikasında uşaq doğub.

Bu klinika öz reputasiyasına görə dünyada çox populyar hesab edilir.


Putinin qızının dünyaya gəldiyi haqda artıq bu əyalətin bütün sakinləri danışırlar.

Bu faktı "RSİ news" saytı da təsdiq edib.



İsveçrə mediası son günlər Putinin ictimaiyyət qarşısına çıxmamasını bununla əlaqələndirirlər.

Qeyd edək ki, mart ayının 11-dən etibarən Putin xəstəlik adıyla bütün səfərlərini təxirə salıb.

Ancaq Kremlin saytı bu gün Putinin Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedevlə görüşü haqda fotolar yayıb. Hətta, onun mart ayının 16-da Sankt-Peterburq şəhərində Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşü nəzərdə tutulub.