Dövlət Statistika Komitəsi bahalaşmanı təsdiqlədi

13 Mart 2015 21:06 (UTC+04:00)


Modern.az saytının xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,7 faiz, xidmət tarifləri isə 1,4 faiz bahalaşıb.