Siyəzəndə “Mercedes” yandı

13 Mart 2015 22:18 (UTC+04:00)


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Siyəzən rayonu, Qalaşıxı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.