NATO hərbi gəmiləri Rumıniya sahillərində

13 Mart 2015 23:48 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, burada NATO-nun Alyansa üzv ölkələrinin Hərbi-Dəniz Qüvvələrləriylə təlimləri keçirilir.

ABŞ kontr-admiralı Bred Uilyamsonun komandanlığı altında qrup hələ martın 4-də Qara dənizə girib. Qrupun lideri ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin kreyseri "Vicksburg" dur.

Heyətə həmçinin Kanada freqatı HMCS Fredericton, Türkiyənin Hərbi-Dəniz Qüvvələrlərinin freqatı TCG Turgutreis, alman Hərbi-Dəniz Qüvvələrinin tankeri FGS Spessart, Rumıniya Hərbi-Dəniz Qüvvələrlərinin ROS Regina Maria və italyan freqatı ITS Aliseo daxildir.