ABŞ tanklarını Rusiya ilə sərhədə toplayır

14 Mart 2015 09:14 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "korrespondent" saytı yayıb.

Məlumatda deyilir ki, ABŞ-ın "Abrams" tankları və Hərbi desant qoşunlarının 2 taqımı hərbi təlim keçmək üçün bu gün Estoniyaya gətirilib.

Bu faktı Estoniya Müdafiə Nazirliyinin Baş Qərargahının mətbuat xidməti də təsdiq edib.
ABŞ tanklarının və hərbçilərinin Tallinn şəhərinin yaxınlığındakı Tapa hərbi şəhərciyində yerləşdirildiyi vurğulanır
.

Qeyd edək ki, may ayının 4-15-dək Estoniyanın Rusiya ilə olan bütün sərhəd ərazilərində hərbi təlimlər həyata keçiriləcək.