Hər yerdə pulsuz WiFi olacaq - Gəncədə

14 Mart 2015 10:43 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Gəncə Avropa Gənclər Payxatı-2016" İctimai Birliyi tərəfindən həyata keçirilən "GanjaWiFi"layih"si gələn il yekunlaşacaq. Layihənin təqdimat mərasimi Avropadan olan rəsmilərin iştirakı ilə keçiriləcək. Layihəyə görə, şəhərin hər yerində sürətli internet olacaq və insanlar WiFi-la bundan rahat şəkildə istifadə edə biləcək.

Bununla da simsiz şəbəkə turistlərə, eləcə də şəhər parklarında dincələnlərə xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək. Artıq layihənin ilkin mərhələsinin icrasına başlanılıb. Lazımi avadanlıqlar sifariş olunub. Türkiyəli mütəxəssislərin dəstəyi və Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiya mərkəzinin köməyilə bu ilin sonuna qədər layihənin icrası yekunlaşdırılacaq. Layihədə süni istifadə hallarının qarşısının alınması da nəzərdə tutulub ki, buna müəyyən vaxt və yükləmə məhdudiyyətləri daxildir. "Wi-Fi" istifadəçiləri şəbəkədən videoya baxmaq və kontent yükləmək üçün istifadə etmək istədikdə rəsmi olaraq qeydiyyatdan keçməli olacaqlar.

Azər