Tonqallar Bakının bu ərazilərində yandırılacaq - Rəsmi

14 Mart 2015 11:28 (UTC+04:00)


Bakı şəhər İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, martın 17-də saat 11.00-da metronun İçərişəhər stansiyasının yanından Novruz personajlarının iştirakı ilə hərəkət edən "bayram karvanı" - süvarilər, dəvə və faytonlar Bakının Fizuli meydanının qarşısındakı yeni istirahət parkı, Azadlıq meydanı, metronun Koroğlu stansiyasının yaxınlağında yerləşən Büllur fəvvarənin ətrafındakı istirahət parkı, Səməd Vurğun istirahət parkında Novruz şənlikləri keçiriləcək.

Eyni zamanda "Heydər Parkın"da Novruz personajları, kəndirbaz və pəhləvanların, milli geyimli oğlan və qızların iştirakı ilə bayram tonqalları alovlandırılacaq.

Saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında İlaxır çərşənbə münasibətilə tonqal yandırılacaq və incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcəkdir.