Aktyoru məhkəməyə verən direktor danışdı: “100 min versə...”

14 Mart 2015 12:43 (UTC+04:00)


Bu olayla bağlı AzNews.az-a danışan Səxavət Məmmədov deyib ki, sabiq əməkdaşı mətbuat və sosial şəbəkələrdəki açıqlamaları ilə onun ictimai nüfuzuna xələl gətirib:
"İbrahim Salamovu ünvanıma səsləndirdiyi "Səxavət Məmmədov dələduzdur", "Saxtakar restoran direktoru", "Ədalət Vəliyev və Mingəçevir İcra Hakimiyyəti Səxavət Məmmədova himayədarlıq edir", "Alverci, şəristəsiz, saxta bilet satan dierktor" fikirlərinə görə məhkəməyə vermişəm. O da qoy məhkəmə qarşısında dediyi sözlərə cavab versin".

Direktor bu prosesdə aktyorla barışmayacağını da gizlətməyib.

Mingəçevir Dövlət Dram Teatrının rəsmisi aktyor İbrahim Salamovun onun haqda məhkəmə iddialarına da aydınlıq gətirib: "Öncə o, məni məhkəməyə verib. İstəyi də yenidən işə bərpa olunmaqdır. Biz bu məhkəmə prosesində iştirak edirik. Ayın 16-da bununla bağlı yenidən məhkəmə prosesi keçiriləcək. İnanıram ki, qanunun tələbilə qərar veriləcək".



Bahar RÜSTƏMLİ
AzNews.az