Qanvermə aksiyası olacaq

14 Mart 2015 13:41 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Seminar Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti , Mərkəzi Qan Bankı və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşəbbüsü ilə baş tutub.

Seminarın keçirilməsində əsas məqsəd qan donorluğunun inkişafında gənclərin rolunu artırmaq və bu sahədə maarifləndirmə işini gücləndirməkdir.

100–dən çox tələbənin iştirak etdiyi seminarda Gənclər üçün Təhsil Mərkəzinin, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq üzrə proqram rəhbəri, Mərkəzi Qan Bankının Gəncə Bölməsinin rəhbəri çıxış edərək qan donorluğunun inkişaf etdirilməsi istiqamətində görülən işlər və həyata keçiriləcək fəaliyyətlər haqqında gənclərə geniş məlumat veriblər.

Məlumat üçün bildirək ki, 7 aprel 2015-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzi Gəncə şəhərində irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqları qanla təmin etmək üçün gənclər arasında könüllü və təmənnasız qanvermə aksiyası həyata keçirəcək.