“Binə“ ticarət mərkəzi yenə yandı- FOTOLAR (YENİLƏNİB)

14 Mart 2015 14:37 (UTC+04:00)
Modern.az saytına daxil olan məlumata görə, hadisə 7-ci sıranın birinci mərtəbəsində beşinci korpusda qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub. Yanğının digər mağazalar keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində qısa qapanmanın olduğu ehtimal edilir. Nəticədə mağaza sahibinə xeyli miqdarda ziyan dəyib.



***
14:26

"Binə" ticarət mərkəzində yanğın baş verib.

Məlumatı "SalamNews" yayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Fövqalədə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunublar.