Saatlida 5 otaqlı ev yandı

14 Mart 2015 16:40 (UTC+04:00)


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Azadkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.