Putinin ata olması ilə bağlı xəbərə- Katibdən münasibət

14 Mart 2015 18:24 (UTC+04:00)



"Qafqazinfo" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov "Forbes"ə açıqlamasında bildirib:

"Putinin uşağının dünyaya gəlməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hətta pulu olan şəxslərə "ən yaxşı jurnalist şayiəsi" müsabiqəsi keçirmək üçün müraciət etməyi planlaşdırıram".

Qeyd edək ki, bu gün İsveçrənin "Blick" qəzeti Putinlə adı hallanan olimpiya çempionu Alina Kabayevanın ana olması ilə bağlı xəbərlər tirajlayır. Qəzetin yazdığına görə, martın 5-dən bəri ictimaiyyətə görünməyən Rusiya prezidenti Kabayevanı müşaiyət edir və uşağın atası o, ola bilər.