Pakistan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı- FOTOLAR

14 Mart 2015 18:46 (UTC+04:00)


Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistan Prezidenti Məmnun Hüseyni və xanımı Mehmuda Məmnunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.