Avtobus dərəyə yuvarlandı- 13 ölü

14 Mart 2015 20:43 (UTC+04:00)
Hindistanın şərqindəki Naqalend ştatında avtobus 120 metr dərinliyində dərəyə yuvarlanıb, nəticədə 13 nəfər ölüb, 28 nəfər ciddi xəsarət alıb.

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, qəza Pxek şəhəri yaxınlığında baş verib.

Polisin məlumatına görə, avtobusdakı sərnişinlərin hamısı Naqalenddə keçiriləcək toy məclisinə gedən qonşu Manipur ştatının sakinləri olub. Qəzaya səbəb yüksək sürət və yolun zəif işıqlandırılması olub.

Ölənlərin sayının artacağı istisna olunmur. Yaralılardan 6 nəfərin vəziyyətinin kritik olduğu bildirilir.