Rusiyalı aktyorun 25 yaşlı oğlunun meyiti tapıldı - VİDEO

15 Mart 2015 13:49 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "LifeNews" telekanalı yayıb.
Hadisə baş verən gün Andreyin anası aktrisa İrina Bezrukova və onun 2-ci həyat yoldaşı aktyor Sergey Bezrukov ezamiyyətdə olub.
Andreyin evdə tək qaldığı və yüksək temperaturdan əziyyət çəkdiyi deyilir.

Moskva teatrlarından birində administrator vəzifəsində çalışan Andrey bir neçə gündür ki, işə getməyib. Bu üzdən teatrın direktoru onun yaşadığı evə gəlib.

İçəridən səs eşitməyən direktor əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıb.

Nəticədə Andreyin mənzildə öldüyü bəlli olub.
Andreyin 11 yaşı olanda onun valideynləri ayrılıb. O, hələ tələbə olarkən "Nort-Ost" teatrında çalışıb.

Qeyd edək ki, bir gün öncə isə Rusiyanın məşhur yazıçısı Valentin Rasputin 77 yaşında Moskvada dünyasını dəyişib.