Daha bir ölümlə nəticələnən yol qəzası

15 Mart 2015 21:18 (UTC+04:00)


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə təqribən saat 19:30 radələrində, şəhərin N. Nərimanov prospektində qeydə alınıb.

Sürətlə hərəkət edən Vaz-21015 markalı avtomobil dönmə əməliyyatını düzgün yerinə yetirmədiyindən bordurlara çırpılıb.

Nəticədə avtomobili idarə edən Mingəçevir şəhər sakini Allahverdi Abbasov hadisə yerindəcə dünyasını dəyişib.

Hazırda baş vermiş faktla bağlı araşdırma aparılır.