Dollar ucuzlaşdı - Bu günə olan məzənnə

16 Mart 2015 10:05 (UTC+04:00)


AzNews.az Mərkəzi Banka istinadən xəbər verir ki, martın 13-ü ilə müqayisədə Azərbaycanda dollar və avro cüzi ucuzlaşıb. Belə ki bugünkü məzənnəyə əsasən, 1 ABŞ dollarının məzənnəsi 1,0487, 1 avronun məzənnəsi isə 1,1019 AZN müəyyən olunub.

Qeyd edək ki, martın 13-ü 1 dollar 1,0489 manat, avro isə 1,1123 manat olub.