Cavid Qurbanov maaşları azaltdı - Yarıbayarı

16 Mart 2015 11:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə məlumatı "Novosti – Azərbaycan" yayıb. Xəbərə görə, bu barədə məlumatı mərkəzin baş mühasibi Qulu Quliyev verib. Onun sözlərinə görə, bu barədə tapşırıq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən gəlib.

Q.Quliyev mərkəzin bütün əməkdaşlarının əmək haqlarının azaldılması ilə bağlı könüllü şəkildə ərizə yazdıqlarını deyib. Baş mühasib bu addımın I Avropa Oyunlarının keçirilməsi ilə əlaqəli olduğunu düşünür: "Bu müvəqqəti problemdir. Bir neçə ay sonra hər şey yenə öz qaydasına düşə bilər". Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən hələki məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, "Lokomotiv" İdman-Sağlamlıq Mərkəzi Zaqafqaziya Dəmir Yolu "Lokomotiv" Yol könüllü İdman Cəmiyyətinin rayon şurasının qərarı ilə 1936-cı ildə yaradılıb. Sonralar 1989-cu ildə "Lokomotiv" Yol bədən tərbiyə və idman klubu kimi formalaşıb. 1998-ci ildə "Lokomotiv" Yol bədən tərbiyə və idman klubunun bazasında "Lokomotiv" İdman-Sağlamlıq Mərkəzi yaradılıb.Hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin nəzdində fəaliyyət göstərir.