Karyera Planlama Xidməti – Təlim (FOTO)

16 Mart 2015 13:32 (UTC+04:00)
İki ay davam edəcək təlim kursu çərçivəsində gənclərə şəxsi inkişaf, biznesin iqtisadiyyatı, əmək, kapital, təbii resurslardan səmərəli istifadə kimi ümumi bilgilər veriləcək.

AzNews.az xəbər verir ki, təlimin ilk günündə iş müsahibəsinə hazırlıq, özünü təqdim etmə, şəxsi inkişaf interaktiv metodikalardan istifadə edilməklə tədris olunan mövzuların gənclər tərəfindən daha yaxşı anlaşılması üçün "tətbiq edərək öyrənmək" texnikalarından istifadə edilmiş, qrup məşğələləri aparılıb.

Silsiləvi şəkildə 24 saat keçiriləcək təlimlər regionun aparıcı biznes müəssisələrinin sahibkarları və rayon icra hakimiyyətinin rəsmiləri tərəfindən həyata keçiriləcək. Gənclərin məşğulluq imkanlarının artırılmasına hesablanmış təlim kursunun sonunda iştirakçıların məlumat bazası hazırlanacaq, onlar üçün əmək yarmarkaları təşkil ediləcək.