Kseniya Sobçak Parisdən İtaliyaya getdi

16 Mart 2015 14:48 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "super" saytı yayıb.

Məlumata görə, dünən Moskvadan Parisə uçan Kseniya Sobçakın bu ölkədə qalmadığı bəlli olub. O, elə həmin gün İtaliyanın Siciliya bölgəsinə gedib. Onun bu səfərə rəfiqəsi Nika Beloçerkovskaya ilə birgə getdiyi deyilir.

Kseniyanın əri Maksim Vitorqan isə Sobçakın İtaliyaya yollanması xəbərini şayiə adlandırıb.

Ancaq verilən məlumata görə, Kseniya baş redaktor olduğu "Lofficiel" jurnalının son buraxılışına həsr edilən axşamda dostlarına Rusiyanı tərk edəcəyini deyib. Həmin tədbirdə onun əri Vitorqan da iştirak edib.

Rus mediası isə belə açıqlama yayıb ki, Kseniyanın ölkədən getməsini ona xüsusi xidmət orqanları məsləhət görüb.

Xatırladaq ki, Boris Nemtsovun vida mərasimi zamanı naməlum şəxs hədə gələrək ona "Növbədə sənsən, Kseniya" sözlərini deyib.