“Nemtsovun qətlini Putin sifariş edib” – Nemtsovun yaxın qohumu

16 Mart 2015 18:02 (UTC+04:00)
Onun qətlini Putin sifariş edib. Sifariş qəbul edən də Çeçenistan lideri Ramzan Kadırovdur. O isə "işi" icra etmək üçün Alimbek Delimxanova göstəriş verib".

AZNEWS.AZ xəbər verir ki, bu sözləri Rusiyanin Nijne Novqorod şəhərində yaşayan İqor Eydman özünün Facebook səhifəsində yazıb.



Nemtsovun yaxın qohumu hesab edilən İqor statusunda daha sonra bunları qeyd edib: "İcraçıları isə tutmadılar. Belə cinayətlərdə xarici qüvvələri günahlandırdılar, guya onlar Rusiyada stabilliyi pozmağa cəhd edirlər. İndi isə məlum ssenari baş tutmadı. Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbərliyi situasiyadan istifadə edərək Kadırovun adamları ilə haqq-hesabı çürütməyə başladılar. FTX belə görüntü yaratdı ki, guya onlar qatili tapmaq üçün Putinin əmrini yerinə yetirirlər. Kreml çalışdı ki, tutulanlar bütün günahı öz üzərlərinə götürsünlər. Hətta, qətlin islam versiyasını da düşündülər. FTX isə bir az da irəli gedərək Kadırova yaxınlıqları ilə seçilən Delimxanovların və Qeremeyevlərin başını tələb etdilər. Təbii ki, Kadırov öz adamlarını satmadı. Putin isə bütün bunlardan şoka düşdü, çünki onu öz adamları biabır etdilər. Hamıya gün kimi aydındır ki, Delimxanov Kadırovun göstərişi olmadan Nemtsovu öldürə bilməzdi. Kadırov isə Kremldəki şefindən icazə almadan bu addımı atmazdı. Nəticədə Putin stress vəziyyətinə düşdü və Valdaydakı rezidensiyasında dincəlməyə üstünlük verdi. Sonra isə Putin FTX-ə göstəriş verdi ki, düşünülən əvvəlki "əfsanəyə" qayıtsınlar. Və yenə də mediada yazıldı ki, Nemtsov xarici qüvvələr tərəfindən öldürülüb. Bunun üçün həbs edilən Dadayevə işgəncə verdilər. Əgər o, sona kimi dözsə, bütün plan məhv ediləcək. Bu isə Putini tamamilə qane edir".