“Putin yalan danışır” – Polşanın müdafiə naziri

16 Mart 2015 22:13 (UTC+04:00)




AzNews.az xəbər verir ki, bu sözləri "Joinfo" saytı Polşanın müdafiə naziri Tomaş Semonyaka istinadən yayıb.

Qeyd edək ki, dünən Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Krım. Vətənə doğru gedən yol" sənədli filmində Putin deyib ki, Polşa ukraynalı döyüşçülərin hərbi hazırlığında yaxından iştirak edib.

"Bu, informasiya müharibəsində 1-ci və sonuncu yalan deyil. Hazırda Polşanın xarici işlər naziri Brüssel şəhərində görüşlər keçirir. O, qayıdan kimi yəqin bu növ yalanlara reaksiya verəcək. Ümumilikdə isə həmin filmdə Putinin danışdıqları mənə çox təəccübləndirdi", - deyə Polşanın müdafiə naziri bildirib.