Boksçu döyüşdən sonra öldü

16 Mart 2015 23:45 (UTC+04:00)
Asiya çempionluğu uğrunda döyüşən Smit məğlubiyyətdən sonra qalibi təbrik edib, sonra paltardəyişmə otağına gedib. Avstraliyalı orda özünü pis edib və huşunu itirib.

Smit xəstəxanaya yerləşdirilsə də, iki sutkadan sonra beyin silkələnməsindən dünyasını dəyişib.

23 yaşlı avstraliyalı idmançı ilk məğlubiyyətini almışdı. O 12 oyunun hamısında qələbə qazanmışdı.