Rektor qızının döyülməsindən danışdı: “Gəlib onların işinə baxaram”

17 Mart 2015 10:03 (UTC+04:00)


AzNews.az xəbər verir ki, İsaxanlı AzVision.az-a açıqlamasında qızının döyülməsinin yalan olduğunu deyib: "Mən indi xaricdəyəm. Axmaqlar, əclaflar yalan məlumatlar yazırlar. Hər gün evlə əlaqə saxlayıram. Gəlib onların işinə baxaram. Yazılanların hamısı yalandır. Axmaq məlumatlardır. Bu dəqiqə qızım Ülkərlə danışmışam. O, yaxşıdır. Heç bir problem yoxdur".

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, Ü. İsaxanlı 09.03.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.