Atambayev Putinlə görüşdən öncə Moldovaya niyə gedib?

17 Mart 2015 11:59 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Moldovanın "RISE" informasiya portalı yayıb.

Məlumata görə, Atambayev Moldovada gizli şəkildə bir çox rəsmilərlə görüşüb.

O, "Kişineu" hava limanına "Nobil Air" avia şirkətinə məxsus olan "Embraer Legacy 650" təyyarəsilə gəlib.


Atambayevin bu ölkədə 4 saat ərzində Demokratik Partiyanın lideri Vladimir Plaxotnyuk və prezident Nikolae Timofti ilə görüşdüyü bəlli olub.

Moldova prezidentinin mətbuat xidmətinin rəhbəri Vlad Çurkanu Atambayevin Kişinyova gəldiyi haqda faktı təsdiq etsə də onun prezident Timofti ilə görüşünü inkar edib: "O, adları açıqlanmayan digər şəxslərlə görüşdükdən sonra elə həmin təyyarə ilə Sankt-Peterburqa yollanıb".