Nemtsovun köməkçisi İsraildə saxlanıldı

17 Mart 2015 12:28 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "joinfo" saytı yayıb.

"Ukraynadan Rusiyaya göndərilən Yük-200" adlı qrupun yaradıcısı Yelenanın İsrailə dünən Kiyev şəhərindən uçduğu bəlli olub. Hazırda onun Moskvaya deportasiya ediləcəyi gözlənilir.

Bu faktı İsraildə fəaliyyət göstərən "Vətən uğrunda" beynəlxalq hipersionist hərəkatının lideri Avraamm Şmuleviç də təsdiq edib.


Qeyd edək ki, Yelena hazırda Rusiya hərbçilərinin Ukraynada ölməsi ilə bağlı informasiyalar toplayır. O, məşhur şahmatçı, Putinə müxalif olan Harri Kasparovun da bir müddət köməkçisi vəzifəsində çalışıb.