Bakıda küçədə silahlı insident – Bir nəfər yaralanıb

17 Mart 2015 15:13 (UTC+04:00)


"Qafqazinfo"nun verdiyi xəbərə görə, martın 16-ı saat 17 radələrində Naxçıvan şəhər sakini Cəfər Ağamalıyev başından xəsarət almış vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin həmin gün saat 15 radələrində Həsənoğlu küçəsində baş verdiyi məlum olub. Hadisəni Bakı sakini 1979-cu il təvəllüdlü Rəşad Həsənov tərəfindən törədildiyi məlum olub.


R.Həsənov tapançanın qundağı ilə tanışı olan C.Ağamalıyevin başından vurub, sonra isə havaya atəş açaraq oradan uzaqlaşıb. Hadisə yerindən 2 ədəd patron və 1 boş giliz aşkar olunub. R.Həsənovun saxlanılması üçün əməliyyat axtarış tədbirləri davam etdirilir.