Ermənilər geri çəkildi – “Eurovision” mahnısına görə

17 Mart 2015 15:31 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.

Məlumata görə, ermənilər "Dont deny" ("İnkar etmə") kimi təqdim edilən mahnılarının adını dəyişdirərək "Face The Shadow" ("Kölgə ilə üzləş") qoyub.

Bu qərarın mahnının guya siyasi kompoziya janrında hazırlandığı haqda söz-söhbətlərə son qoyulması üçün verildiyi deyilir.

Mahnının müəllifləri hesab edirlər ki, mahnıda heç bir siyasi motiv yoxdur, sadəcə insanlar sülhə, tolerantlığa və dözümlülüyə çağırılır.