Prezidentlər Heydər Əliyev Liseyinin açılışında - Qarsda

17 Mart 2015 16:09 (UTC+04:00)
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak ediblər.

Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.

Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan geniş nitqlə çıxış ediblər.

Bu gün, eyni zamanda, Qarsda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Transanadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçiriləcək.