Qarsda TANAP-ın təməli qoyuldu - VİDEO

17 Mart 2015 16:50 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Məlumatda deyilir ki, Azərbaycan qazını Türkiyə üzərindən Avropaya nəql edəcək Transanadolu-nun əsası bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Qarsda atılıb.

Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirak etdiyi açılış mərasimində Ərdoğan deyib:
"Çıxışıma başlayanda bir protokol səhvini düzəltmək istəyirəm. Öncə Azərbaycanın Dövlət Himnini qulaq asaq. Sonra çıxışıma başlayacağam. Cənab Azərbaycan Prezidenti, hörmətli Gürcüstan Prezidenti, əziz Qarslılar, sizi ən incə duyğularımla salamlayıram. Qonaqlarımıza ölkəmizə, Qarsa xoş gəlmisiniz, deyirəm. Açılışında iştirak etdiyimiz Heydər Əliyev Anadolu Məslək və Anadolu Texniki Liseyi ilə digər məktəblərimizin ölkəmizə xeyirli olmasını arzulayıram".