Tonqalların sayı nəyin rəmzidir? - Ağsaqqallar danışır

17 Mart 2015 17:06 (UTC+04:00)


AzNews.az verir ki, şənlik Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib. Tədbirə məktəbli uşaqlar və gənclər, habelə kənd ictimaiyyəti qatılıb.

Tədbirdə çıxış edən rayon ağsaqqalları Azərbaycan xalqına xeyir-dualarını veriblər. El adətlərindən danışan ağsaqqallar qədimdə bayramın necə keçirilməsi ilə bağlı xatirələrini bölüşüblər.
"Əvvəllər bir tonqal qalayanda bütün eli-obanı şənliyə, toya çağırardılar. İki tonqal qalayanda bütün eli-obanı düşmənlə mübarizəyə, müharibəyə səsləyərdilər. Üç tonqal qalayanda isə bütün el-oba birliyə dəvət olunardı. Gəlin biz də hamımız bir yerdə olaq, üç tonqal qalayaq".

Daha sonra tonqal qalanıb, məktəblilərin ifasında maraqlı səhnələr, şeir və mahnılar, habelə rəqslər və idman nömrələri təqdim olunub.

Tədbirə Novruzun əsas personajları - Dədə Qorqud, Bahar qız, Keçəl və Kosa da gəlib.

Bayram şənliyi gənclərin müxtəlif yarış və müsabiqələri ilə davam edib.