Elman Rüstəmov manat siyasətindən danışdı

17 Mart 2015 18:00 (UTC+04:00)


AzNews.az verir ki, bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

AMB rəhbəri neftin qiymətinin uzun müddət ərzində artmayacağı barədə proqnozların verildiyini xatırladıb. O, 2014-cü ilin ortalarından başlayaraq neftin qiymətinin iki dəfədən çox ucuzlaşmasını yeni bir fenomen adlandırıb.

E. Rüstəmovun sözlərinə görə, ölkənin kifayət qədər valyuta ehtiyatı var və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri düzgün idarə olunur. O, köhnə siyasəti davam etdirəcəkləri təqdirdə həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatlarının sıfırlaşmaq təhlükəsinin ola biləəcəyini, buna görə də bu proseslərə reaksiya verməli olduqlarını vurğulayıb.