Nemtsovun cinayət işindən yeni xəbər var

18 Mart 2015 09:57 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Məlumata görə, cinayət işində 20 ekspertiza təyin edilib.

Bu faktı qətldə şübhəli şəxs kimi saxlanılan Zaur Dadayevin vəkili İvan Gerasimov təsdiq edib.

Vəkil jurnalistlərə verdiyi açıqlamasında deyib ki, Nemtsov sifarişlə qətlə yetirilib: "Onun qətlinin dini qisasçılığa heç bir dəxli yoxdur".